Azərbaycandan daha çox fındıq idxal edən ölkə İtaliyadır

İtaliya Azərbaycandan fındıq idxal edən əsas ölkədir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

Daha öncə qeyd edilmişdi ki, ötən il ölkənin ümumi findıq ixracı 20 842 ton təşkil edib. Azərbaycandan fındıq idxalçıları arasında birinci yeri İtaliya tutub, ölkənin payına 9 min ton fındıq düşüb. İkinci yerdə 6 min tondan çox fındıqla Rusiya, üçüncü yerdə isə Almaniya (3 min tondan çox) qərarlaşıb.