- Köhnə - İqtisadiyyat
- 25 İyul 2018 22:27
- 5 431
Azərbaycan Kolumbiyaya 8 min nar ağacı tingi ixrac edib

Cari ildə Azərbaycan Kolumbiyaya 8 min nar ağacı tingi ixrac edib.
Trend-in məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov mətbuat konfransında deyib.
İ.Cümşüdov bildirib: "Kolumbiyada həmin tinglər Azərbaycan texnologiyası üzrə əkilib".
Xidmət rəhbəri daha sonra əlavə edib: "Azərbaycanda bitkiçilik sahəsində maddi-texniki baza ümumilikdə yaxşılaşır".