Kondisionerlər həm isti, həm də soyuq havalarda evlərin və ofislərin əvəzolunmaz əşyalarındandır. Havaların anomal istiləşməsi nəticəsində kondisionerlərin alışında güclü artım nəzərə çarpır. Təlabatı görən bəzi mağaza sahibləri qiymətləri qaldırıblar. Kondisionerlər həm isti, həm də soyuq havalarda evlərin və ofislərin əvəzolunmaz əşyalarındandır. Havaların anomal istiləşməsi nəticəsində kondisionerlərin alışında güclü artım nəzərə çarpır. Təlabatı görən bəzi mağaza sahibləri qiymətləri qaldırıblar.

Kondisionerlər bahalaşıb, ya yox?

Kondisionerlər həm isti, həm də soyuq havalarda evlərin və ofislərin əvəzolunmaz əşyalarındandır. Havaların anomal istiləşməsi nəticəsində kondisionerlərin alışında güclü artım nəzərə çarpır. Təlabatı görən bəzi mağaza sahibləri qiymətləri qaldırıblar.

Məsələ ilə bağlı Aznews.az Kontakt Home mağazalar şəbəkəsi ilə əlaqə saxlayıb.

Mağazadan bildirildi ki, tək kondisionerlərdə deyil, heç bir məişət avadanlıqlarında qiymət artımı yoxdur. Hətta Ramazan ayı boyunca kondisionerlərə 50% endirim edilib. Son iki ayda tələbat daha çoxdur, bunun da səbəbi havaların çox isti olmasıdır.

Kondisionerlərin qiymətinin qalxması onların təmir qiymətlərinə nə dərəcədə təsir göstərdiyini bilmək üçün “Uğur” Servisin əməkdaşı ilə əlaqə saxladıq. O bildirdi ki, kondisionerlərin öz qiymətləri qalxıb deyə təmir qiymətlərində də artım baş verib. Bunun səbəbi həm avadanlıqlarının qiymətinin artması, həm də ustaların fərdi işləməsidir. Servisdə ucuz qiymətə işləməyə usta tapılmadığı üçün qiymətləri qaldırmağa məcburuq. Müştərilər daha çox kondisionerin soyutmaması problemi ilə müraciət edirlər. Bunun da səbəbi havalar və ya kondisionerin qazının bitməsidir.

Nigar Cəfər
Aznews.az