6 aylıq neft hasilatımız nə qədərdir?

Cari ilin ikinci rübündə SOCAR üzrə neft hasilatı 3,6 faiz artaraq 1,9 milyon tona yüksəlib, qaz hasilatı isə 5,29 faiz artaraq 1,66 mlrd. kub metrə çatıb.

SOCAR-dan AzNews-a verilən məlumata görə, 6 ay ərzində SOCAR üzrə 3,7 milyon ton neft 3,2 mlrd. kub metr qaz hasil olunub.