Bakıda intihar etmək istəyən şəxs xilas edildi - Yenilənib

Heydər Əliyev prospektində intihar məqsədi ilə yol ötürücüsünün üstünə çıxan şəxs xilas edilib.

APA-nın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunaraq, həmin şəxslə söhbət ediblər. Bundan sonra intihar etmək istəyən şəxs fikrindən yayınıb və yol ötürücüsünün üstündən endirilib.

***
09:07

"Hazırda Heydər Əliyev prospekti Böyük Şor qovşağında və şəhər istiqamətində tıxac var".

Bakı Nəqliyyat Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, tıxac əsasən Heydər ƏLiyev prospektinin "Atəşgah" dairəsindən Böyük Şor qovşağı da daxil olmaqla hissəində müşahidə edilir.

"Tıxacın yaranmasına səbəb bir nəfər şəxsin intihar məqsədi ilə yol ötürücüsünün üstünə çıxmasıdır", - deyə məlumatda vurğulanıb.

AzNews.az