- Köhnə - İqtisadiyyat
- 3 Avqust 2018 15:46
- 5 858
Mərkəzi Bank valyuta ehtiyatlarını 10%-dən çox artırıb - Son bir ildə
Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il avqustun 1-nə 5 546,7 mln. ABŞ dolları təşkil edib.
Qurumdan AzNews.az-a verilən məlumata görə, bu, iyulun 1-i ilə müqayisədə 34 mln. dollar və yaxud 0,6% çoxdur.
AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 212,1 mln. dollar və yaxud 4%, son 1 ildə isə 513,6 mln. dollar və yaxud 10,2% artıb.