- Köhnə - İqtisadiyyat
- 8 Avqust 2018 11:02
- 5 802
Sürücülərin diqqətinə - Bu yolda...
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 0-50 km km-lik hissəsində bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.
Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
AzNews.az