8 avqust Əmlak Məsələləri Dövlət Komitəsi yanında İnformasiya Texnologiyaları və Məlumat əldə etmə mərkəzində mətbuat nümayəndələri ilə görüş keçirilib. 8 avqust Əmlak Məsələləri Dövlət Komitəsi yanında İnformasiya Texnologiyaları və Məlumat əldə etmə mərkəzində mətbuat nümayəndələri ilə görüş keçirilib.

Əmlak Məsələləri Dövlət Komitəsi bütün xidmətlərini elektronlaşdırıb

8 avqust Əmlak Məsələləri Dövlət Komitəsi yanında İnformasiya Texnologiyaları və Məlumat əldə etmə mərkəzində mətbuat nümayəndələri ilə görüş keçirilib.

Aznews.az xəbər verir ki, görüşdə “Əmlak idarəçiliyində tam elektronlaşma” mövzusunda mətbuat nümayəndələri üçün info-tur təşkil edilib. Məqsəd mətbuat nümayəndələri vasitəsilə vətəndaşlara çağırış etmək və bu elektron xidmətlərdən maksimum istifadəyə dəvət etməkdir.

Tədbirdə əmlak idarəçiliyində tətbiq edilən elektron xidmətlər, informasiya sistemlərinin necə çalışması canlı nümayiş etdirilib, onların iş prinsipləri və üstünlükləri ilə bağlı media nümayəndələrinə məlumat verilib.

Qeyd edək ki, artıq özəlləşdirmə, hərrac, daşınmaz əmlakın qeydiyyatı, kadastr kalkulyator və bir çox əməliyyatlar elektronlaşdırılıb.

image description image description