Tərtər rayonunda 21.5 km uzunluğunda inşa edilən yeni avtomobil yolunda işlər artıq tamamlanır. Tərtər rayonunda 21.5 km uzunluğunda inşa edilən yeni avtomobil yolunda işlər artıq tamamlanır.

Tərtərdə 6 kəndi birləşdirən yeni avtomobil yolu - Fotolar + Video

Tərtər rayonunda 21.5 km uzunluğunda inşa edilən yeni avtomobil yolunda işlər artıq tamamlanır.

Avtomobil Yolları Dövlət Agentliyindən AzNews.az-a verilən məlumata görə, Tərtər rayonunun Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu 7 minə yaxın əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir.

Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu texnoloji ardıcıllığa uyğun olaraq 2 hərəkət zolağı enində IV texniki dərəcəyə uyğun inşa edilir.

Tikinti norma və qaydalarına uyğun olaraq növbəti mərhələ üzrə yolun asfaltlanması işlərinə start verilib. Bunun üçün 130 min kv.m sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir.

Layihə əsasında yol boyu 8 ədəd avtobus dayanacağının, 142 ədəd yol nişanının, 22 ədəd km göstəricinin və 840 ədəd siqnal dirəyinin quraşdırılması nəzərdə tutulub. Bundan başqa hərəkətin normal təşkili üçün 54.5 km uzunluğunda üfüqi nişanlama xətlərinin çəkilişi də aparılaraq sözügedən yolun yaxın aylarda istismara verilməsi planlaşdırılır.

Yeni yolun inşası ilə yol boyu yaşayan əhalinin rayon mərkəzinə və qonşu rayonlara rahat gediş-gəlişi təmin olunacaq, onların yetişdirdikləri məhsullarının tez və xarab olmadan daşınması imkan yaranmaqla sözügedən ərazidə kənd təsərrüfatı daha da inkişaf edəcək. Bu isə öz növbəsində vətəndaşların sosial rifah halının yüksəlməsinə gətirib çıxaracaq.

image description image description image description image description image description