Almaniyanın nəhəng şirkəti olan “EWE AG”nin tərkibindəki “EWE Turkey Holding” 2007-ci ildən bəri daxil olduğu Türkiyə energetika bazarından çıxmağa hazırlaşır. Şirkətin Türkiyədə “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji”, “Millenicom” olmaqla payları mövcuddur. Almaniyanın tanınmış şirkəti mülklərini satmaq üçün prosesləri başa çatdırıb. Almaniyanın nəhəng şirkəti olan “EWE AG”nin tərkibindəki “EWE Turkey Holding” 2007-ci ildən bəri daxil olduğu Türkiyə energetika bazarından çıxmağa hazırlaşır. Şirkətin Türkiyədə “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji”, “Millenicom” olmaqla payları mövcuddur. Almaniyanın tanınmış şirkəti mülklərini satmaq üçün prosesləri başa çatdırıb.

Alman şirkəti geri çəkildi, Azərbaycan şirkəti irəli durdu

Almaniyanın nəhəng şirkəti olan “EWE AG”nin tərkibindəki “EWE Turkey Holding” 2007-ci ildən bəri daxil olduğu Türkiyə energetika bazarından çıxmağa hazırlaşır. Şirkətin Türkiyədə “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji”, “Millenicom” olmaqla payları mövcuddur. Almaniyanın tanınmış şirkəti mülklərini satmaq üçün prosesləri başa çatdırıb.

AzNews.az Türkiyə mətbuatına istinadən bildirir ki, Almaniyanın nəhəng şirkətinin əmlakını almaq üçün Azərbaycandan “SOCAR” da namizəd olub. Onun ən güclü rəqibi isə “Kolin”dir. Şirkətin əmlaklarının maddi dəyəri 200-250 milyon dollar məbləğində olduğu bildirilir.

TANAP-ın (Trans Anadolu Təbii Qaz Boru Kəməri Layihəsi) əsas pay sahiblərindən olan “SOCAR”ın Türkiyənin energetika sahəsində milyardlarla dollar məbləğində sərmayəsi var. Onun İzmirdə tikintisi davam edən “STAR” neft emalı zavodu sentyabr ayından fəaliyyətə başlayacaq.

Azərbaycan neft şirkəti olan “SOCAR”ın namizəd olduğu “EWE Enerji” il ərzində 2-2,5 milyard kub metr həcmində təbii qaz tədarükü ilə məşğuldur.

Qeyd etmək lazımdır ki, “SOCAR”ın bazarda daha münasib qiymətə olan bu qazın böyük hissəsini “STAR” zavodu üçün istifadə etməyi planlaşdırdığı bildirilir.

Nurlan AĞA
AzNews.az