- Köhnə - İqtisadiyyat
- 9 Avqust 2018 16:48
- 6 316
“Moody’s” reytinqimizi niyə artırdı?
“Moody’s” beynəlxalq reytinq agentliyi analitikləri 2018-ci ildə Azərbaycan iqtisadiyyatının 1,5 faiz, 2019-cu ildə 3 faiz təşkil edəcəyini proqnozlaşdırır: “Əlverişli xarici mühit - 2017-ci ildə neft qiymətlərinin orta hesabla 54 dollar olması, milli valyutanın sabitliyi və inflyasiyanın azalması Azərbaycan iqtisadiyyatının bərpasına gətirib çıxardı. Biz gözləyirik ki, Azərbaycanda ümumi daxili məhsulun artımı 2018-ci ildə 1,5 faiz, 2019-cu ildə 3 faiz artacaq. Bu, neft qiymətlərinin artmasının davam etməsi ilə və Azərbaycan məhsullarının ixracının artımı ilə izah olunur”.
Azərbaycan iqtisadiyyatında artımın olması normal haldır
Bu sözləri AzNews.az-a açıqlamasında “Altay” İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Elçin Bayramlı deyib: “Bildiyiniz kimi beynəlxalq təşkilatlar iqtisadi artım tempinin azalacağını, hətta bəzi ölkələrdə iqtisadiyyatın mənfi tempə düşəcəyini deyir. Belə bir şəraitdə Azərbaycan iqtisadi inkişafının artması çox yaxşı haldır. Bunun səbəbi isə, xüsusilə də qeyri-neft sektorunda son 10-15 ildə həyata keçirilən müəyyən iqtisadi islahatların nəticəsidir. Dünya birjasında neftin qiyməti sabit olmadığı üçün beynəlxalq təşkilatlar bu dəyərləndirməni qeyri-neft sektoruna uyğun aparır. Qeyri-neft sektorunda artımın səbəbi sahibkarlara subsidyalar, aqrar və başqa sahələrdə aparılan uğurlu işlərin nəticəsidir”.
Nigar CƏFƏR
AzNews.az