Bakı Beynəlxalq Avtovağzal Kompleksi Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir. Bakı Beynəlxalq Avtovağzal Kompleksi Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir.

Avtovağzaldan sərnişinlərə şad xəbər

Bakı Beynəlxalq Avtovağzal Kompleksi Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir.

AzNews.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Yaşar İsakovun sözlərinə görə, bayram günü reysə 600-dən çox nəqliyyat vasitsəsi çıxacaq:

“Avqustun 15-dən 27-dək Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bayram ərəfəsində 600-dən çox reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulur.

Müqayisə üçün qeyd edək ki, hazırda gün ərzində 400-440 nəqliyyat vasitəsilə təxminən 12 min sərnişin avtovağzaldan yola salınır”.

Yaşar İsakov qeyd edib ki, sərnişinlər biletləri Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarından və ya onlayn qaydada 10 gün öncədən əldə edə bilərlər.

Bahar RÜSTƏMLİ
AzNews.az