- Köhnə - İqtisadiyyat
- 21 Avqust 2018 09:59
- 3 912
Məşhur dünya şirkətinə soydaşımız rəhbərlik edəcək

Rusiyanın rabitə və kütləvi kommunikasiyalar nazirinin sabiq müavini Rəşid İsmayılov "Nokia" korporasiyasının Rusiyadakı nümayəndəliyinin baş direktoru olacaq.
AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, R.İsmayılov bundan əvvəl korporasiyanın Şərqi Avropadakı xidmət bölməsinə rəhbərlik edib.
Bununla yanaşı, o, 2019-cu ilin mayınadək Beynəlxalq Elektrik Rabitəsi İttifaqının Şura sədri vəzifəsində çalışmağa davam edəcək.
Qeyd edək ki, R.İsmayılov 1998-ci ildən "Ericsson", "Nokia", "Huawei Technologies" kimi iri İT şirkətlərində müxtəlif vəzifələrdə çalışıb.
2013-cü ildən 2018-ci ilin iyulunadək isə Rusiya Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyində işləyib.
AzNews.az