- Köhnə - İqtisadiyyat
- 23 Avqust 2018 18:31
- 6 420
Ölkədə içki ixracı xeyli azalıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 8 064,71 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) AzNews.a-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 358,38 min dollar və yaxud 44,09% azdır.
Bu ilin ilk yarısında içki ixracı ümumi ixracın 0,08%-ni təşkil edib.
Hesabat dövründə Azərbaycana idxal edilmiş spirtli və spirtsiz içkilərin dəyəri isə 48 646,40 min dollar olub. Bu isə 1 il əvvələ nisbətən 9 867,88 min dollar və yaxud 25,45% çoxdur.