Yeni dərs ilinə hazırlıq çərçivəsində ümumi təhsil müəssisələrinin tikintisi və təmiri davam etdirilir. Yeni dərs ilinə hazırlıq çərçivəsində ümumi təhsil müəssisələrinin tikintisi və təmiri davam etdirilir.

Ölkədə yeni məktəblər tikilir

Yeni dərs ilinə hazırlıq çərçivəsində ümumi təhsil müəssisələrinin tikintisi və təmiri davam etdirilir.

Təhsil Nazirliyindən AzNews.az-a verilən məlumata görə, hazırda ölkənin müxtəlif bölgələrində 34 yeni məktəb binası tikilir, 22 məktəb binasında isə əsaslı təmir-bərpa işləri aparılır.

Məlumatda həmçinin qeyd olunub ki, 2018-ci ildə respublika ərazisində 137 modul tipli təhsil müəssisə istifadəyə veriləcək: "Ümumilikdə Bakı şəhəri və ölkənin 54 rayonu olmaqla, 193 obyektdə işlər aparılır".