- Köhnə - İqtisadiyyat
- 29 Avqust 2018 10:32
- 6 777
Qarpızın qiyməti enib - 13 qəpik
Bərdə rayonunda qapızın qiyməti sürətlə enib.
AzNews.az xəbər verir ki, avqustun əvvəlində 1 kiloqramı 50-60 qəpiyə satılan qarpız indi 13 qəpiyə enib.
Hazırda rayonda qarpızın topdansatış qiyməti 12 qəpikdir.
Qiymət ensə də satıcılar alverin zəif getdiyini vurğulayıb. Onlar bunun səbəbini mövsüm sonu ilə əlaqələndirib.
Bahar RÜSTƏMLİ
AzNews.az