- Köhnə - İqtisadiyyat
- 27 Sentyabr 2018 23:08
- 7 686
Bakıdan Mahaçqalaya getmək asanlaşır - Birbaşa aviareys
Bakı və Mahaçqala şəhərləri arasında birbaşa aviareys açılacaq.
AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, Dağıstan və Azərbaycan arasında bu aviareysin qurulması üzrə əməkdaşlıq haqqında memorandum Mahaçqala aeroportunun baş direktoru Arsen Pirmaqomedov və Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov aralarında imzalanıb.
Mahaçqala aeroportunun baş direktoru müavini Kamila Qamzatova qeyd edib ki, sənəd Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində imzalanıb.
AzNews.az