SOCAR şirkəti Bakı Neft Emalı Zavodunun təmirə bağlanması ilə əlaqədar Azərbaycana 80 min tonadək “Aİ-92” markalı benzin idxal etməyi planlaşdırır. Bu barədə neft bazarındakı mənbə məlumat verib. SOCAR şirkəti Bakı Neft Emalı Zavodunun təmirə bağlanması ilə əlaqədar Azərbaycana 80 min tonadək “Aİ-92” markalı benzin idxal etməyi planlaşdırır. Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Azərbaycanda Türkmənistan benzini satılacaq

SOCAR şirkəti Bakı Neft Emalı Zavodunun təmirə bağlanması ilə əlaqədar Azərbaycana 80 min tonadək “Aİ-92” markalı benzin idxal etməyi planlaşdırır. Bu barədə neft bazarındakı mənbə məlumat verib.

BNEZ yenidənqurma və modernləşdirilmə işlərinin həyata keçirilməsi məqsədilə qrafik üzrə 2018-ci ilin oktyabr ayında təmirə bağlanacaq.

BNEZ-nin qrafik üzrə təmirə bağlanması daxili tələbatın ödənilməsi məqsədilə “Aİ-92” markalı benzinin Azərbaycana idxalına zərurət yarada bilər. Söhbət 80 min tonadək benzin ixracından gedir”, - mənbə bildirib.

Onun sözlərinə görə, benzin idxalı Türkmənistandan həyata keçiriləcək. “Bu, qiymət və logistika məsələləri baxımından münasib variantdır”, - mənbə əlavə edib. (finmarket.az)

AzNews.az