Sentyabrın 28-də “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti respublikanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri üçün Daşkəsəndə Çovdar filiz emalı sahəsinə media-tur təşkil edib. Sentyabrın 28-də “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti respublikanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri üçün Daşkəsəndə Çovdar filiz emalı sahəsinə media-tur təşkil edib.

“AzerGold” ötən ilə nisbətən 33 faiz çox qızıl hasil etməyi planlaşdırır

Sentyabrın 28-də “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti respublikanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri üçün Daşkəsəndə Çovdar filiz emalı sahəsinə media-tur təşkil edib.

Tədbirin UNESCO-nun 2015-ci il 17 noyabr tarixli qətnaməsinə əsasən, Beynəlxalq İnformasiyaya Çıxış Günü kimi qeyd edilən 28 sentyabrda keçirilməsində məqsəd qiymətli metalların hasilatı, satışı və ixracı haqqında ictimaiyyəti məlumatlandırmaq, bu sahədə şəffaflığı təmin etməkdir.

Tədbir çərçivəsində “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü, sədrin müavini Oqtay Məmmədov media nümayəndələrinə ixrac göstəriciləri, ölkə ərazisində aparılan geoloji-kəşfiyyat işləri, perspektivli yataqlar, hasilat prosesi haqqında ətraflı məlumat verib.

Bildirilib ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Prezident İlham Əliyevin 2015-ci il 11 fevral tarixli Sərəncamına əsasən təsis edilib. 2016-cı ildə dövlət qeydiyyatına alınan QSC fəal qiymətli metalların dünya bazarında satışının təşkili üçün beynəlxalq affinaj şirkətlərinin tələb etdiyi yoxlama və təhlil prosedurlarını uğurla keçib. 2017-ci ilin aprel ayında İsveçrənin məşhur “Argor-Heraeus” şirkəti ilə qiymətli metalların saflaşdırılmasına dair müqavilə imzalayıb. Ötən ilin yekunlarına əsasən, “AzerGold” QSC 60 min unsiya qızıl və 86 min unsiya gümüş ixrac edərək, ölkə iqtisadiyyatına 131 milyon manat, bu il sentyabrın 28-dək isə 33 min unsiya qızıl və 55 min unsiya gümüş ixracı ilə 73 milyon manatdan çox gəlir gətirib.

Oqtay Məmmədov onu da bildirib ki, bu il “AzerGold” QSC 45 min unsiya qızıl hasil etməyi planlaşdırır. Bu da 2017-ci ilin göstəricilərindən 33 faiz çoxdur.

Sonra KİV nümayəndələrinə geoloji işlər haqqında ətraflı məlumat verilib.

Media-tur zamanı jurnalistlər filiz sahələrində partlayışdan tutmuş son məhsulun istehsalına kimi bütün prosesləri müşahidə ediblər.

Qeyd olunub ki, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin qiymətli metalların hasilatına artan marağını nəzərə alaraq, belə tədbirlərin gələcəkdə də keçirilməsi planlaşdırılır. (AZƏRTAC)

AzNews.az

image description image description image description