Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Holcim Azerbaijan” Qaradağ sement zavodundakı payını səhmdarlardan birinə satıb. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Holcim Azerbaijan” Qaradağ sement zavodundakı payını səhmdarlardan birinə satıb.

AYİB Qaradağ sement zavodundakı payını satıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Holcim Azerbaijan” Qaradağ sement zavodundakı payını səhmdarlardan birinə satıb.

Bu barədə AYİB-in rəsmi nümayəndəsi Anton Usov deyib.

A.Usovun sözlərinə görə, AYİB-in zavoddakı 10 faizlik payı “Lafarge Holcim”ə satılıb. Satışın məbləği açıqlanmayıb.

Bank rəsmisi bildirib ki, AYİB 2007-ci ildən 2017-ci ilədək “Holcim Azerbaijan”ın səhmdarı olub.

Qeyd edək ki, “Lafarge Holcim”in payı indiki 66 faizdən 76 faizədək artıb.(trend.az)

AzNews.az