İqtisadiyyat naziri Şahin Mustafayev Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasla görüşüb. İqtisadiyyat naziri Şahin Mustafayev Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasla görüşüb.

Şahin Mustafayev Aİ nümayəndəsi ilə görüşdü - Saziş imzalandı

İqtisadiyyat naziri Şahin Mustafayev Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasla görüşüb.

Görüşdə Şahin Mustafayev Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin xüsusilə önəmli olduğunu vurğulayıb.

Qeyd olunub ki, Avropa İttifaqı ölkələrinin Azərbaycanın xarici ticarətindəki payı 2017-ci ildə 42%, 2018-ci ilin ilk 8 ayı ərzində isə 43,5% təşkil edib. Avropa İttifaqı ölkələrinin Azərbaycanda 1500-dən çox şirkəti fəaliyyət göstərir. Son 6 il ərzində Avropa ölkələri Azərbaycan iqtisadiyyatına 16 mlrd. dollara yaxın investisiya yatırıb.

Kestutis Yankauskas əlaqələrin genişlənməsi üçün qarşılıqlı marağı vurğulayaraq, bu sahədə fikirlərini bölüşüb.

Görüş çərçivəsində Avropa İttifaqı və Azərbaycan arasında “2017-ci il Azərbaycan üzrə Fəaliyyət Proqramının Maliyyələşdirmə Sazişi” imzalanıb.

Sazişdə Avropa İttifaqının Lənkəran iqtisadi rayonunda meyvə-tərəvəz sektorunun rəqabət qabiliyyətliliyinin gücləndirilməsinə, sahibkarlıq və investisiya mühitinin daha da yaxşılaşdırılmasına dəstək göstərməsi nəzərdə tutulur.

AzNews.az