Korrupsioner ölkələr açıqlandı- Siyahı

"Transparency International" təşkilatı ölkələrin yeni korrupsiya reytinqini açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan bu dəfə siyahıda yer almayıb. Ən aşağı göstəricilər Avstraliya, Almaniya, Norveç və Birləşmiş Krallıqda müşahidə olunub.

Korrupsiyanın yüksək göstəriciləri müşahidə olunan ölkələr arasında qonşu Gürcüstan, Rusiya və Türkiyə də var. Digər maraqlı fakt isə budəfəki reytinq cədvəlində Ermənistanın da adının olmamasıdır.

Hesabatda qeyd olunur ki, əksər ölkələrin parlamenti Müdafiə Nazirliklərinin işində effektli nəzarət həyata keçirə bilmirlər. Beləliklə 82 ölkənin parlamentinin hərbi büdcəyə nəzarətinin keyfiyyətini yoxlamaq üçün araşdırma aparılıb. Məlum olun ki, parlamentlərin 85%-i Müdafiə Nazirliyinə məxsus pulların idarə edilməsi tapşırığının öhdəsindən yaxşı gələ bilmir.

AzNews.az