- Köhnə - İqtisadiyyat
- 1 Avqust 2012 19:01
- 2 807
İran və Türkiyə neft və qaz ixracını müzakirə edəcək

İranın neft naziri Rüstəm Qasımi avqustun 2-də Türkiyəyə rəsmi səfər edəcək. R.Qasımi səfər çərçivəsində türkiyəli həmkarı ilə İranın bu ölkəyə neft və qaz ixracına aid məsələləri müzakirə edəcəkdir. Yeri gəlmişkən qeyd edək ki, son vaxtlar İran-Türkiyə magistral neft və qaz kəmərlərində yaranan fasilələr tərəflərin öhdəlikləri ilə bağlı müəyyən problemlər yaratmışdır.
Gültən
AzNews.az