"Mərkəzi Bank yeni nominalda əsginaslar buraxmaq niyyətində deyil" "Mərkəzi Bank yeni nominalda əsginaslar buraxmaq niyyətində deyil"

3 manatlıq əsginaslarla bağlı Rəsmi açıqlama

"Mərkəzi Bank yeni nominalda əsginaslar buraxmaq niyyətində deyil"





"APA-Economics"in məlumatına görə, bunu AMB-nin sədri Elman Rüstəmov bildirib.

Bu günlərdə parlamentin plenar iclasında yeni, 3 manatlıq əsginasların dövriyyəyə buraxılması zərurəti ilə bağlı səsləndirilən təklifi, bundan əvvəl isə 200 manatlıq əsginasın buraxılacağı barədə xəbərləri şərh edən E.Rüstəmov bildirib ki, dünyanın əsas valyutaları və daxili amillərin təhlili nəticəsində hazırda 6 nominalda əsginas və 6 nominalda sikkədən ibarət nağd milli valyutanın strukturunun dəyişdirilməsinə ehtiyac yoxdur.

AMB başçısı ABŞ dolları, Britaniya funtu, avro və digər valyutaları misal gətirərək bildirib ki, həmin valyutaların əsginasları da 1 və 5 nominallı arasında valyuta vahidləri arasında başqa nominalda pul yoxdur.

ABŞ-da bir müddət əvvəl buraxılan 2 dollarlıq əsginas isə iqtisadiyyat və ictimaiyyət tərəfindən qəbul edilməyib və hazırda bu əsginaslar işləmir. Eyni zamanda, Azərbaycanın daxilində əhalinin əsas xərclər strukturu, ümumilikdə pərakəndə hesablaşma sahəsində aparılan təhlil və tədqiqatlar hazırda dövriyyədə olan əsginasların optimal olduğunu göstərir.

AzNews.az