- Köhnə - İqtisadiyyat
- 11 Avqust 2012 10:06
- 3 344
Malayziya şirkəti geri çəkildi
Fetrofild SKS şirkəti Şirazda inşa olunacaq neftayırma zavodunu maliyyələşdirməkdən imtina etdi
Malayziyanın Fetrofild SKS şirkəti İranın Şiraz şəhərində inşa olunacaq neftayırma zavodunu maliyyələşdirməkdən imtina edib. APA-nın "Mehr" xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İranın neft nazirinin müavini Əlirza Zeyğəmi bildirib. Onun sözlərinə görə, Malayziya şirkəti İranla müqaviləni birtərəfli qaydada ləğv edib: "Bu səbəbdən İran da zavodun inşasını yerli şirkətə verib. Bununla da İranın ilk milli neftayırma zavodu Şiraz şəhərində yerli mütəxəssislər tərəfindən tikiləcək".
Qeyd edək ki, layihənin dəyərinin 1 milyard 300 milyon dollar olduğu bildirilir.
AzNews.az