Onun barəsində 30 günlük həbs qəti imkan tədbiri seçilib Onun barəsində 30 günlük həbs qəti imkan tədbiri seçilib

Telekanalın baş direktoru həbs edildi

Onun barəsində 30 günlük həbs qəti imkan tədbiri seçilib

Ostankino Telekomunikasiya mərkəzinin direktoru Mixail Zvyaqinçev həbs edildi. AzNews.az-ın newsru.com saytına istinadən verdiyi xəbərə görə, onun barəsində 30 günlük həbs qəti imkan tədbiri Tver məhkəməsində çıxarlıb.

Məhkəmə həbs qərarını çıxarakən onun Şenqen vizasına və xaricdə mülklərə sahib olmasını nəzərə alıb və hesab edib ki, barəsində həbs qəti imkan tədbiri seçilməsə o, ölkəni tərk edə bilər.

Qeyd edək ki, Mixail Zvyaqinçev Moskvanın mərkəzində yerləşən "Serviselektropoliqraf" binasını və ərazsini saxta sənədlərlə ələ keçirməkdə ittiham olunur. Dəyəri 200 milyon rubl olan bina və ərazini mənimsəmək planına "Serviselektropoliqraf"-ın rəhbərliyi də qoşulub. Onlar saxta sənədlər ilə dövlət əmlakını mənimsəməyə çalışıblar.

Bundan əlavə qeyd edilir ki, teleşirkət və strukturları hər hansı yoxlamara məruz qalmayıb və iş öz əvvəlki axarı ilə gedir.

Sadiq
AzNews.az