- Köhnə - İqtisadiyyat
- 8 May 2015 15:34
- 3 528
SOCAR zavodun tikintisini dayandırdı

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanda karbamid zavodunun tikintisini dayandırıb.
AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə əsasən, zavodun tikinti layihəsi müvəqqəti dayandırılıb: "Buna səbəb Gürcüstan hökumətilə müəyyən danışıqlarımızı başa çatdıra bilməməyimiz oldu".