Mayın 20-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Zabrat-2”, Ağdam Magistral qaz kəmərləri sahəsinin “Bərdə”, Qazax Magistral qaz kəmərləri sahəsinin “Morul”, “Çənlibel”, “Zəhmət” və “Gədəbəy”, Siyəzən Magistral qaz kəmərləri sahəsinin “Şabran-Taxtalar” Qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq. Mayın 20-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Zabrat-2”, Ağdam Magistral qaz kəmərləri sahəsinin “Bərdə”, Qazax Magistral qaz kəmərləri sahəsinin “Morul”, “Çənlibel”, “Zəhmət” və “Gədəbəy”, Siyəzən Magistral qaz kəmərləri sahəsinin “Şabran-Taxtalar” Qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Azərbaycanın bu bölgələrində qaz olmayacaq – SİYAHI

Mayın 20-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Zabrat-2”, Ağdam Magistral qaz kəmərləri sahəsinin “Bərdə”, Qazax Magistral qaz kəmərləri sahəsinin “Morul”, “Çənlibel”, “Zəhmət” və “Gədəbəy”, Siyəzən Magistral qaz kəmərləri sahəsinin “Şabran-Taxtalar” Qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.


AzNews.az xəbər verir ki, bu haqda məlumat SOCAR-ın saytında yer alıb.

Məlumata görə, təmir müddətində Bərdə rayonunun Cəyirli, Gərənə, Divanlı, Kürəli və Qarabağlı, Gədəbəy rayonun Zəhmət, Xarxatan və Moruqlu, Şəmkir rayonun Morul, Sərxan, Qasımalılar, Şəhidlər və Çənlibel kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bərdə şəhərinin və Şabran rayonunun bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

"Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə isə yeni çəkilmiş qaz xətlərinin üzərində qaz tənzimləyici qurğuların quraşdırılması və çəkilmiş qaz xətlərinin mövcud mənbəyə birləşdirilməsi ilə əlaqədar mayın 20-də saat 900-dan 18.00-dək Nərimanov rayonunun bir hissəsinə, Xətai rayonunun Məhəmməd Hadi və ona paralel küçələrin bir hissəsinə, Sabunçu rayonunun Sabunçu qəsəbəsinin bir hissəsinə və Xəzər rayonunun Xaşa-Xuna bağ massivinə, Qala qəsəbəsinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.