Mərkəzi Bank kommersiya banklarına manatla vəsait ayıracaq və banklar bu pulu ancaq kreditləşməyə sərf etməli olacaqlar. Mərkəzi Bank kommersiya banklarına manatla vəsait ayıracaq və banklar bu pulu ancaq kreditləşməyə sərf etməli olacaqlar.

Mərkəzi Bankdan manatla bağlı növbəti - Addım

Mərkəzi Bank kommersiya banklarına manatla vəsait ayıracaq və banklar bu pulu ancaq kreditləşməyə sərf etməli olacaqlar.


AzNews.az-ın "Xəzər Xəbər"ə istinadən verdiyi məlumata görə, həmin vəsaitin valyuta mübadiləsinə yönləndirilməsinə icazə verilməyəcək.

Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə rəhbəri Raca Almarzoqinin sözlərinə görə, bu addım Azərbaycan iqtisadiyyatının daha sürətli artımı üçün böyük önəm daşıyır.

Mütəxəssislər bildirir ki, banklar kreditləri aktivlərində olan əmanətlərə görə verdiyindən və əmanətlərin əksəriyyətinin də sürətlə dollara çevrilməsindən manatla kredit dayandırılıb. Mərkəzi Bankın bu addımla dövriyyədən çıxan həmin pulları geri qaytaracaq.

Mərkəzi Bankın sahibkarlığın inkişafı üçün ayırdığı vəsaitlər Azərbaycanın ümumi daxili məhsulunda da ilin sonuna qədər böyük rəqəmlərlə müşahidə olunacaq.

Raca Almarzoqi Ümumi Daxili Məhsulun 66 milyard manat olacağının gözlənildiyini bildirib. İqtisadçıları isə Mərkəzi Bankın bu məsələdə ehtiyatlı siyasət yeritməsinin önəmli olduğuna diqqət çəkirlər.