Prezidentin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda AZAL-da qiymətlərin bahalılığı ilə bağlı tənqidlərindən sonra şirkət Bakı-İstanbul reysinin 90 manat olması ilə turizm şirkətlərinə məktub ünvanlayıb. Prezidentin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda AZAL-da qiymətlərin bahalılığı ilə bağlı tənqidlərindən sonra şirkət Bakı-İstanbul reysinin 90 manat olması ilə turizm şirkətlərinə məktub ünvanlayıb.

“Bakı-İstanbul reysi 90 manatdan da ucuz olmalıdır” – Deputat

Prezidentin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda AZAL-da qiymətlərin bahalılığı ilə bağlı tənqidlərindən sonra şirkət Bakı-İstanbul reysinin 90 manat olması ilə turizm şirkətlərinə məktub ünvanlayıb.


Milli Məclisin İqtisadi siyasət Komitəsinin üzvü Vahid Əhmədov bu olaya münasibət bildirib. O, AzNews.az-a deyib ki, Bakıdan başqa ölkələrə gedən bütün reyslərin qiymətlərində endirim olmalıdır: "Bu, yalnız Bakı-İstanbul reysinə şamil edilməməlidir. Düzdür, bu reys Azərbaycan üçün çox önəmlidir. Çünki xarici ölkələrə əsas gediş-gəliş İstanbul vasitəsi ilə həyata keçirilir, ancaq önəmli olan digər reyslər də var".

V.Əhmədov hesab edir ki, Bakı-İstanbul reysi üçün biletlərin qiymətinin 90 manata endirilməsi də hələ son olmamalıdır: "Lazım gəldikcə bu məbləğ yenə də aşağı salınmalıdır".

Bahar RÜSTƏMLİ