Azərbaycanın hazırda Bakı Gəmiqayırma Zavodunda olan "Dədə Qorqud" üzən yarımyüklü qazma qurğusu 75 faiz modernləşdirilib. Azərbaycanın hazırda Bakı Gəmiqayırma Zavodunda olan "Dədə Qorqud" üzən yarımyüklü qazma qurğusu 75 faiz modernləşdirilib.

İri qazma qurğusunun modernləşdirilməsi başa çatır

Azərbaycanın hazırda Bakı Gəmiqayırma Zavodunda olan "Dədə Qorqud" üzən yarımyüklü qazma qurğusu 75 faiz modernləşdirilib.


AzNews.az xəbər verir ki, bunu Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə deyib.

Mənbənin sözlərinə görə, platformanın təmirinə apreldə başlanılıb, əsas böyük həcmli işlər artıq yekunlaşıb: "Platformada demək olar bütün zəruri avadanlıqlar quraşdırılıb: transformatorlar, generatorlar, temperatura nəzarət sistemi. Platforma ümumən hazırdır, qalan işlər isə müxtəlif sistemlərdə texniki xətaların aradan qaldırılması ilə bağlıdır. "Dədə Qorqud" avqustda işini bərpa etmək üçün tam hazır olacaq".