“Azərbaycan Dəmir Yolları” QSC İsveçrənin “Stadler Rail Group” şirkəti ilə əməkdaşlığı çərçivəsində Gəncədə yataq tipli qatarların istehsal edilməsinə başlayacaq. “Azərbaycan Dəmir Yolları” QSC İsveçrənin “Stadler Rail Group” şirkəti ilə əməkdaşlığı çərçivəsində Gəncədə yataq tipli qatarların istehsal edilməsinə başlayacaq.

Azərbaycan Avropa qatarları istehsal edəcək

“Azərbaycan Dəmir Yolları” QSC İsveçrənin “Stadler Rail Group” şirkəti ilə əməkdaşlığı çərçivəsində Gəncədə yataq tipli qatarların istehsal edilməsinə başlayacaq.


AzNews.az xəbər verir ki, bu barədə oxu.az-a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, hazırda layihə üzərində işlər gedir:

"Yaxın gələcəkdə yataq tipli qatarlar istehsal edən zavodun tikintisinə başlayacağıq" - deyə, N.Əzməmmədov bildirib.

Mətbuat xidmətinin rəhbəri onu da əlavə edib ki, yaxın gələcəkdə bu qatarlar qonşu ölkələrə də satıla bilər:

"Başlanğıcda bu qatarlar respublikanın təminatını ödəyəcək, yaxın gələcəkdə isə digər qonşu ölkələrə belə qatarların satışını həyata keçirəcəyik".

Əzməmmədov zavodun tikintisi üçün kreditlərin cəlb edilməsini də istisna etmir:

"QSC rəhbərliyinin apardığı danışıqların yekununda biz zavodun tikintisi üçün lazım olan maliyyə qaynağının mənbəyini açıqlayacağıq" - deyə, o əlavə edib.