Azərbaycanda 77 minə yaxın avtomobil var

Bu il Azərbaycanda 77 minə yaxın avtomobil qeydiyyata alınıb. Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Məlumata görə, idarənin əməkdaşları tərəfindən 2012-ci ilin 9 ayı ərzində hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürücülük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu aparılıb. Respublika üzrə 76 min 452 avtomobil ilkin qeydiyyata alınıb, 56 min 164 nəfərə ilkin sürücülük vəsiqəsi verilib.

AzNews.az