Adı korrupsiya və iflasda hallanan bankların - Siyahısı

Azərbaycanda haqqında ən çox mənfi rəy formalaşan bankların siyahısı hazırlanıb.


Media Təqib Mərkəzindən AzNews.az-a verilən məlumata görə, monitorinq 2015-ci ilin sentyabr ayı ərzində monitorinq aparılıb.

Monitorinq ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1200 sayt (o cümlədən, 400 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələdə aparılıb.

2015-ci ilin sentyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda banklarla əlaqəli 6406 xəbər yerləşdirilib. Bunlardan 6097-i neytral, 309-u isə mənfi xəbərdir. Sentyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda banklarla əlaqəli müsbət xəbər göstərilməyib.

Mənfi xəbərlər arasında "liderlər":

United Credit Bank (143 xəbər),
Texnika Bank (51 xəbər),
Bank Respublika (42 xəbər) .

Mənfi xəbərlərin səbəbi korrupsiya halları və filiallarının bağlanmasıdır.

Xəbər sayına görə sıralama:

1. ABB Azərbaycan Beynəlxalq Bankı
2. Unibank Kommersiya Bankı
3. Texnika Bank (Bank Technique)
4. Expressbank (Ekspressbank)
5. Kapital Bank

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 350 xəbər dərc edilib. Bu xəbərlərdən 322 xəbər neytral, 28 xəbər isə mənfi xəbərdir.

Qəzetlərdə United Credit Bank (12 xəbər) mənfi xəbərlər arasında liderdir.

Sentyabr ayında televiziya kanallarında banklar haqqında 18 xəbər göstərilib.

1. Kapital Bank
2. VTB Bank
3. DəmirBank (Azərdəmiryolbank)
4. Yapı Kredi Bank
5. Bank of Baku