“Rusiyaya 700 milyon dollar investisiya qoyulacağı xəbəri doğru deyil” “Rusiyaya 700 milyon dollar investisiya qoyulacağı xəbəri doğru deyil”

Dövlət Neft Fondu təkzib etdi

“Rusiyaya 700 milyon dollar investisiya qoyulacağı xəbəri doğru deyil”



Rusiyan mətbuatı paytaxt Moskvadakı yerləşən "Aktyorlar qalereyası" binasını Azərbaycanın Dövlət Neft Fondunun almaq üçün danışıqlar apardığını yazıb.

Dövlət Neft Fondunun İnvestisiya departamentinin əməkdaşı Ruslan Ələkbərov binanın alınması ilə bağlı yekun qərarın verilmədiyini, Fondun Rusiyada daşınmaz əmlakların qiyməti ilə maraqlandığını deyib. Eyni zamanda Ələkbərov Fondun Rusiyaya 700 milyon dollar investisiya qoyacağını da bildirib.

Məsələyə aydınlıq gətirmək üçün AzNews.az-ın sualına cavab verən ARDNF əməkdaşı həm adıçəkilən qalereya binasının, həm də Rusiyaya 700 milyon dollar həcmində investisiya qoyacağı barədə məlumatın dəqiq olmadığını bildirib. Onun sözlərinə görə, Fondun daha gəlirli sahələrə investisiya yatırılmasına əsasən yeni strategiyası var və ona uyğun olaraq addımlar da atılır.

Fondun xaricdə daşınmaz əmlak alması niyyətinin gizli olmadığını vurğulayan qurum rəsmisi qeyd edib ki, Rusiyada bir neçə binaya baxılıb, amma konkret olaraq "Aktyorlar qalereyası" binasının üzərində dayanılmayıb.

"Bəs bu binaların alınmasında məqsəd nədir, həmin binalardan nə kimi istifadə olunacaq" - sualına Fond əməkdaşı "Onlardan ofis kimi də istifadə oluna bilər"-deyə cavab verib.

Gültəkin Qəhrəmanlı
AzNews.az