Nazir müavini: “İqtisadi böhran Azərbaycana təsir edə bilmir”

"Avropa İttifaqına (Aİ) üzv olan ölkələrdə baş verən iqtisadi böhran Azərbaycana təsir edə bilmir". Bunu AzNews.az-a açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

Nazir müavini söyləyib ki, Avrozonada baş verən iqtisadi böhran Azərbaycana ciddi təsir göstərməyib: "Azərbaycan Avrozonaya daxil olan ölkə deyil. Digər tərəfdən isə avro hələ ki, stabil qalıb. İnanıram ki, Avropa İttifaqı ən yaxın zamanda düşdüyü böhrandan çıxacaq. Bunun üçün müəyyən vaxt lazımdır".

Vasif Həsənli
AzNews.az