2016-cı il yanvarın 11-dən plastik kartlardan vəsaitlərin nağdlaşdırılması zamanı konvertasiyaya görə 4 faiz həcmində komissiya alınacaq. 2016-cı il yanvarın 11-dən plastik kartlardan vəsaitlərin nağdlaşdırılması zamanı konvertasiyaya görə 4 faiz həcmində komissiya alınacaq.

Plastik kartlardan nağd vəsait çıxaranların nəzərinə - Komissiya artırıldı

2016-cı il yanvarın 11-dən plastik kartlardan vəsaitlərin nağdlaşdırılması zamanı konvertasiyaya görə 4 faiz həcmində komissiya alınacaq.


Bu barədə Azərbaycan Banklar Assosiasiyasından (ABS) məlumat verilib.

Komissiya yalnız plastik kartlardan vəsaitlərin nağdlaşdırılması üzrə əməliyyatlarda konvertasiya zamanı alınacaq.

ABS-dən qeyd ediblər ki, bu tədbir kartlardan vəsaitlərin nağdlaşdırılması üzrə əməliyyatların azaldılmasına və nağdsız hesablaşmaların stimullaşdırılmasına yönəldilib: "Bankların bəzi müştəriləri kartları birbaşa təyinatı üzrə istifadə etmirlər, onlardan yalnız pul vəsaitlərini nağdlaşdırmaq üçün yararlanırlar. Son günlər əhalinin bir qismi manatı dollarda olan kartlarına fəal yükləməyə, sonradan isə dollarları çıxarıb satmağa başlayıb ki, bu da qara bazarın yaranmasına gətirib çıxara bilərdi. Nəticədə digər vətəndaşlar dollarda olan kartlarından dollar vəsaitlərini çıxarda bilməzdi, çünki bakomatlarda valyuta yarım saat ərzində qurtarırdı".

Assosiasiyadan bildiriblər ki, bu qərar nağdsız hesablaşmalar zamanı konvertasiyaya şamil edilməyəcək: "Valyuta əməliyyatlarının (xüsusilə onlayn alış zamanı və ya xaricdə) ödənişini manatdakı kartları ilə həyata keçirənlər banka qüvvədə olan tariflər üzrə konvertasiyaya görə ödəniş edəcəklər. Yəni onlardan konvertasiyaya görə komissiya əvvəlki kimi 0,5 faiz təşkil edəcək".

ABS-dən deyiblər ki, yenilik hesabda olan valyutadakı kartlardan nağdlaşdırmaya şamil edilmir.

Trend.az