OPEK-in bu gün dərc olunmuş neft bazarı ilə bağlı yanvar hesabatında göstərilir ki, 2015-ci ilin yekunları üzrə Azərbaycanda sutkalıq orta hesabla 0,86 milyon barrel neft hasil olunub. Bu göstərici kartelin ötən hesabatındakı analoji göstəricidən 10 min barrel çoxdur. OPEK-in bu gün dərc olunmuş neft bazarı ilə bağlı yanvar hesabatında göstərilir ki, 2015-ci ilin yekunları üzrə Azərbaycanda sutkalıq orta hesabla 0,86 milyon barrel neft hasil olunub. Bu göstərici kartelin ötən hesabatındakı analoji göstəricidən 10 min barrel çoxdur.

Azərbaycanda neft hasilatı azalacaq - OPEK

OPEK-in bu gün dərc olunmuş neft bazarı ilə bağlı yanvar hesabatında göstərilir ki, 2015-ci ilin yekunları üzrə Azərbaycanda sutkalıq orta hesabla 0,86 milyon barrel neft hasil olunub. Bu göstərici kartelin ötən hesabatındakı analoji göstəricidən 10 min barrel çoxdur.


AzNews.az xəbər verir ki, OPEK-in qiymətləndirməsinə görə, Azərbaycanda neft hasilatının həcmi ötən ilin son üç rübündə sutkalıq orta hesabla 0,85 milyon barrel təşkil edib. Birinci rübdə isə həmin rəqəm 0,89 milyon barrelə bərabər olub.

2016-cı ildə OPEK Azərbaycanda neft hasilatının sutkalıq 40 min barrel azalacağını və 0,82 milyon barrelə düşəcəyini proqnozlaşdırır.