- Köhnə - İqtisadiyyat
- 19 Yanvar 2016 19:18
- 3 799
Azərbaycanda evlər ucuzlaşdı
2015-ci ilin IV rübündə ilkin mənzil bazarında qiymətlər 0,8%, təkrar mənzil bazarında 2,5% ucuzlaşıb.
AzNews.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə məlumat Dövlət Statistika Komitəsinin 2015-ci ildə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri ilə bağlı statistik bülletenində yer alıb.
Məlumata əsasən, ümumilikdə ötən ilin son rübündə mənzil bazarında qiymətlər əvvəlki rüblə müqayisədə 2,4% ucuzlaşıb.