- Köhnə - İqtisadiyyat
- 28 Yanvar 2016 09:58
- 4 068
Azərbaycan 4 milyard dollar kredit götürür - Təcili

Azərbaycan Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) ilə 4 mlrd. dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar aparır.
Bu barədə BVF-nin nümayəndəsi "Financial Times" qəzetinə bildirib.
Onun sözlərinə görə, bu məsələnin müzakirə üçün BVF və DB nümayəndələri 28 yanvar - 4 fevral ərzində Bakıya rəsmi səfər edərək hökumət rəsmiləri ilə görüşlər keçirəcək.
"Bu yardım paketi neftin ucuzlaşmasından irəli gələn problemlərlə mübarizə aparan Azərbaycana ayıracağımız ilk kreditdir", - deyə o bildirib.
APA.az