Azərbaycan böhranlı vəziyyətdən çıxmaq üçün təcili olaraq 4 milyard dollar kredit götürür. Məhz bununla bağlı Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) ilə 4 mlrd. dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar aparır. Azərbaycan böhranlı vəziyyətdən çıxmaq üçün təcili olaraq 4 milyard dollar kredit götürür. Məhz bununla bağlı Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) ilə 4 mlrd. dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar aparır.

4 milyard borc Azərbaycanı böhrandan çıxaracaqmı?

Azərbaycan böhranlı vəziyyətdən çıxmaq üçün təcili olaraq 4 milyard dollar kredit götürür. Məhz bununla bağlı Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) ilə 4 mlrd. dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar aparır.



Bu borcun Azərbaycan üçün mənfi və müsbət tərəflərini AzNews.az-a Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Vahid Əliyev şərh edib.


Millət vəkili indiki məqamda belə bir addımı addımını müsbət dəyərləndirib: "Beynəlxalq Valyuta Fondunun missiyası Azərbaycana gəlir. Onlar Mərkəzi Bank, Maliyyə Nazirliyi və hökumət rəsmiləri ilə danışıqlar aparacaq. Görüş Azərbaycana yardım məqsədi daşıyır. Kreditin şərtləri ilə bağlı heç nə deyə bilmərəm. Düzdür, mən bunu borclanma hesab edirəm. Azərbaycanın bu ağır vəziyyətində xarici borclanmaya getmək o qədər də məqbul sayılmır. Amma onu da nəzərə alaq ki, Azərbaycanda bir o qədər də güclü xarici borclanma yoxdur. Buna gedə bilərik, zənnimcə bu, Azərbaycan üçün problem yaratmayacaq".

V.Əliyevin fikrincə, nəzərdə tutulan bu kreditin Azərbaycana böyük köməyi olacaq.

Bahar RÜSTƏMLİ
AzNews.az