Hadisənin təfərrüatı hələlik açıqlanmayıb Hadisənin təfərrüatı hələlik açıqlanmayıb

İranda helikopter qəzaya uğradı - Ölən var

Hadisənin təfərrüatı hələlik açıqlanmayıb

Hadisə bu gün yerli vaxtla saat 11:00 radələrində İranın Qərbi Azərbaycan vilayətinin Silvana bölgəsində Dalampir dağlarında baş verib.

Qəzaya uğrayan helikopter İran Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarına məxsusdur. 214 tipli helikopter sərhəd qoşunlarının əsgərlərini daşıyırmış. İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım xidmətinin helikopterləri ezam olunub.

Hadisənin təfərrüatı hələlik açıqlanmayıb.(ona.az)

AzNews.az