Tətilə şəhər sakinləri də qoşulublar Tətilə şəhər sakinləri də qoşulublar

Gürcüstanda mədənçilərin tətili davam edir

Tətilə şəhər sakinləri də qoşulublar

Gürcüstanın Çiatura şəhərində mədənçilərin mayın 16-dan etibarən keçirdiyi tətil davam edir.

Tətilə şəhər sakinləri də qoşulublar.

Aksiya iştirakçıları “Gürcüstan manqanı” şirkətinin yük maşınlarının hərəkətinə imkan vermirlər.

Mədənçilər bildiriblər ki, mayın 17-dən bu günə qədər şirkət rəhbərliyi ilə görüş keçirilməyib.

Tətildə iştirak edən 15-ə yaxın mədənçi aclıq aksiyasını davam etdirir. Onlardan biri sağlamlıq durumu ilə bağlı aksiyanı dayandırmalı olub. Aclıq aksiyasını davam etdirən mədənçilərin vəziyyətinin sabit olduğu bildirilir.

Qeyd edək ki, Çiatura mədənçiləri əməkhaqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.(report.az)

AzNews.az