- Ermənistan və Gürcüstan
- 3 İyul 2019 16:21
- 2 373
Gürcüstanda yanacağın qiyməti bahalaşdı
Bu gün “Regular” markalı benzinin qiyməti 5 tetri artıb
Gürcüstan milli valyutasının ABŞ dolları və digər valyutalar qarşısında ucuzlaşması yanacağın qiymətinin artmasına səbəb olub.
Ölkənin yanacaqdoldurma məntəqələrində benzin və dizel yanacağının qiymətində artım müşahidə olunur.
Bu gün “Regular” markalı benzinin qiyməti 5 tetri, digər növ benzin və dizelin qiyməti isə 3-6 tetri arasında artıb.
Ekspertlərin fikrincə, qiymət artımı davam edəcək. Bu, təbii qaz və elektrik enerjisinin də qiymətlərinin bahalaşmasına səbəb olacaq.(AZƏRTAC)
AzNews.az