Gürcüstan rusiyalı hakerin ekstradisiya prosesini dayandırdı

Yaroslav Sumbayev 2018-ci ilin mayında Tbilisidə saxlanılıb

Gürcüstan 28 yaşlı rusiyalı xaker Yaroslav Sumbayevin ölkəsinə ekstradisiya prosesini müvəqqəti olaraq dayandırıb.

Bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Apelyasiya Məhkəməsi Y.Sumbayevə sığınacaq verilməsi məsələsinə baxır.

Tbilisi Şəhər Məhkəməsi bu ilin mayında Rusiya Baş Prokurorluğunun Y.Sumbayevin Moskvaya ekstradisiyası ilə bağlı müraciətini təmin edib. Lakin rusiyalı hakerin vəkilləri bu qərardan apellyasiya şikayəti veriblər.

Qeyd edək ki, Y.Sumbayev 2018-ci ilin mayında Tbilisidə saxlanılıb. O, Gürcüstanda qanunsuz silah əldə olunması, saxlanılması və daşınması ilə yanaşı saxta sənəd, möhür, ştamp və ya blankın hazırlanması, satışı və istifadəsində təqsirləndirilir.

Rusiyada isə xaker Daxili İşlər Nazirliyinin müstəntiqi Yevgeniya Şişkinanın qətlində iştirakda ittiham olunur.

Rusiyanın “Kommersant” nəşri iddia edir ki, Gürcüstan hakimiyyəti Y.Sumbayevin işində siyasi səbəb tapdığından onun ekstradisiyasını təxirə salıb. Nəşrin versiyasına əsasən, xaker Rusiyanın digər dövlətlərin daxili işlərinə müdaxilə etməsi ilə bağlı məlumatlara sahib olub.(report.az)

AzNews.az