"Bu, yeganə amil deyil" "Bu, yeganə amil deyil"

"Turizmdən böyük gəlirlər gəlmədi"

"Bu, yeganə amil deyil"

"Lari həddindən artıq dəyərdən düşüb".

Bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze jurnalistlərə bildirib.

Onun sözlərinə görə, iqtisadiyyatda turizm sektorundan böyük gəlirlə bağlı gözləntilər olub: "Təəssüflər olsun ki, son hadisələrə görə bu, baş vermədi. Əlbəttə ki, bu, yeganə amil deyil".

M.Baxtadze deyib ki, turizmdən gəlirlər azalıb: "Lakin mən əminəm ki, fəaliyyət planı və biznes sektorun təklifləri ilə biz bu problemlərin öhdəsindən gələ biləcəyik".

Qeyd edək ki, Gürcüstan Milli Bankının iyulun 31-nə müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,9507 təşkil edir. (Report)