Rəsmi qəbul prezident sarayında baş tutub Rəsmi qəbul prezident sarayında baş tutub

Macarıstan prezidenti Tiflisdə həmkarı ilə görüşdü

Rəsmi qəbul prezident sarayında baş tutub

Gürcüstanda səfərdə olan Macarıstan Prezidenti Yanoş Ader gürcüstanlı həmkarı Salome Zurabişvili ilə görüşüb.

Rəsmi qəbul prezident sarayında baş tutub.

Macarıstan Prezidenti Yanoş Aderin gün ərzində Gürcüstan parlamentinin sədri Arçil Talakvadze ilə görüşü də planlaşdırılır.

Səfər çərçivəsində ikitərəfli və çoxtərəfli formatda ölkələr arasında siyasi, iqtisadi, mədəni əlaqələrə həsr olunmuş görüşlərin keçirilməsi nəzərdə tutulub. (APA)