- Ermənistan və Gürcüstan
- 6 Oktyabr 2019 18:57
- 3 537
İranda 40 kəndlə əlaqə kəsildi
Xilasedicilər bu kəndlərlə əlaqə yaratmağa çalışırlar
Dünən və bu gün İranın Sistan-Bəlucistan bölgəsində aramsız yağışlar nəticəsində yaranan sel böyük fəsadlar törədib.
Vilayətin 40 kəndi ilə mərkəzin əlaqəsi kəsilib. Xilasedicilər bu kəndlərlə əlaqə yaratmağa çalışırlar. Lakin yağış xilasetmə işlərinin aparılmasına maneə olur.
Vilayətin fövqəladə idarəsinin rəisi Əbdülrəhman Şahnəvazi mətbuat nümayəndələrinə bildirib ki, vilayətin 27 kəndinin əhalisinə yardımlar çatdırılıb, 81 ailə təxliyyə edilib. Kəndlərindəki məktəblərdə tədris prosesi müvəqqəti olaraq dayandırılıb. (AZƏRTAC)
AzNews.az