AEBA-nın mütəxəssisləri İrana dəvət olunub AEBA-nın mütəxəssisləri İrana dəvət olunub

İran AEBA mütəxəssislərini ölkəyə dəvət etdi

AEBA-nın mütəxəssisləri İrana dəvət olunub

İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (AEBA) nümayəndəsi, səfir Kazım Qəribapadi təşkilatın rəhbərliyinə məktub təqdim edib.

Bu məktubla İran AEBA-ya nüvə proqramının bərpası istiqamətində noyabrın 6-da atacağı 4-cü addımı barədə məlumat verib. Məktubda görüləcək işlər təşkilatın rəhbərliyinin diqqətinə çatdırılıb və bu işlərin həyata keçməsinə nəzarət etmək üçün AEBA-nın mütəxəssisləri İrana dəvət olunub.

Qeyd edək ki, ABŞ və Avropa dövlətlərinin təkidlərinə baxmayaraq, Prezident Həsən Ruhani 4-cü addımın atılmasını zəruri hesab edib. Rəsmi Tehran bəyan edib ki, ABŞ və Avropa dövlətləri 2015-ci ildə İran ilə əldə etdikləri razılaşmaya əməl etməsələr İran öz nüvə proqramını tədricən bərpa edəcək.

İran Prezidenti onu da bildirib ki, rəsmi Tehran nüvə proqramını AEBA-nın müəyyən etdiyi çərçivələr daxilində inkişaf etdirir və heç bir beynəlxalq qanunu pozmur.

Onu da nəzərə çatdıraq ki, nüvə proqramının tam bərpası nüvə silahının yaradılması ilə nəticələnə bilər.(AZƏRTAC)

AzNews.az