Tehran vilayətində 1 051 nəfər tibb mərkəzlərinə müraciət edib Tehran vilayətində 1 051 nəfər tibb mərkəzlərinə müraciət edib

İranda 1541 nəfər xəstəxanalıq oldu, səbəbi...

Tehran vilayətində 1 051 nəfər tibb mərkəzlərinə müraciət edib

İranda ötən 1 sutka ərzində hava çirkliliyinə görə, 1 541 nəfər xəstəxana və müalicə mərkəzlərinə müraciət edib.

Bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib.

M.Xaledinin sözlərinə görə, 570 nəfər tənəffüs sistemindəki xəstəliklərə, 971 nəfər isə ürək xəstəliklərinə görə tibb mərkəzlərinə müraciət edib.

Xaledi əlavə edib ki, Tehran vilayətində 1 051 nəfər tibb mərkəzlərinə müraciət edib.

Təşkilat rəsmisi İsfahan vilayətində 295 nəfər, Əlborz vilayətində 165 nəfər və Mərkəzi vilayətdə 30 nəfərin müalicə mərkəzlərinə müraciət etdiyini deyib.

Xaledi vətəndaşlara zəruri hallar yaranmadığı halda şəhərlərə çıxmamağı və ictimai məkanlarda olarkən maskalardan istifadə etməyi məsləhət görüb.

Qeyd edək ki, İranda hava çirkliliyinə görə, bu gün bəzi məktəblər fəaliyyətini dayandırıb və bəzi vilayətlərin məktəbləri sabah da fəaliyyət göstərməyəcək.(trend.az)

AzNews.az